İDMAN


İngiltərə Premyer Liqası: “Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub VİDEO

“Çelsi”yə məğlub olan “şəhərlilər” çempionatda liderliyi əldən veriblər

Bakı, 8 dekabr, AZƏRTAC

İngiltərə Premyer Liqasının şəriksiz lideri “Mançester Siti” komandası dekabrın 8-də cari mövsümdə çempionatda ilk dəfə məğlubiyyətlə üzləşib.

AZƏRTAC xəbər verir ki, çempionatın 16-cı turunda səfərdə “Çelsi” ilə qarşılaşan “şəhərlilər” 0:2 hesabı ilə uduzaraq liderliyi əldən veriblər.

On altıncı turun “Stenford Bric” stadionunda oynanılan mərkəzi qarşılaşmasında ilk hissənin sonuncu dəqiqəsində Nqolo Kante “Çelsi”ni hesabda irəli çıxarıb – 1:0. Matçın 77-ci dəqiqəsində “zadəganlar” David Luizin qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıblar. Hər iki qolda Eden Hazard məhsuldar ötürmələri ilə yadda qalıb.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Mançester Siti”nin cari mövsümdəki 15 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu məğlubiyyətdən sonra “Mançester Siti” liderliyi əldən verib. Hazırda turnir cədvəlinə bu gün “Bournemouth”u səfərdə 4:0 hesabı ilə məğlub edən “Liverpul” başçılıq edir. “Liverpul”un aktivində 42, “Mançester Siti”nin isə 41 xalı var.

Gün ərzində oynanılan digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Arsenal” – “Haddersfild” - 1:0;

“Börnli” – “Brayton” - 1:0;

“Kardif” – “Sauthempton” - 1:0;

“Mançester Yunayted” – “Fulhem” - 4:1;

“Vest Hem” – “Kristal Palas” - 3:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.