İDMAN


İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə “Mançester Siti”ni məğlub edib

İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə “Mançester Siti”ni məğlub edib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, "Etihat" stadionunda baş tutan görüşdə "Mançester Siti" öz meydanında "Tottenhem" klubunu qəbul edib. Gərgin keçən görüşdə qonaqlar üstün olub - 2:3.

"Tottenhem"in heyətində Denis Kulusevski (4), Harri Keyn (59, 90+3), "Mançester Siti"nin isə İlkay Gündoğan (33) və Riyad Mahrez (90) fərqləniblər. Bu qələbə sayəsində "Tottenhem" xal ehtiyatını 39-a çatdıraraq 7-ci, "Mançester Siti" isə 63 xalla birinci yerdədir.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb.

"Vest Ham Yunayted" - Nyukasl Yunayted" - 1:1;

"Arsenal" - "Brentford" - 2:1;

"Aston Villa" - "Uotford" - 0:1;

"Brayton" - "Börnli" - 0:3;

"Kristal Palas" - "Çelsi" - 0:1;

"Liverpul" - "Norviç Siti" - 3:1;

"Southempton" - "Everton" - 2:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.