İDMAN


İngiltərə Premyer Liqası: "Çelsi" üç xalı yeddi cavabsız qolla qazanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının doqquzuncu turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə altı oyun baş tutub.

Gecənin ən məhsuldar oyunu "Stenford Bric" stadionunda qeydə alınıb.

Çempionluğa iddialı "Çelsi" klubu autsayder "Norviç Siti"nin qapısına yeddi cavabsız qol keçirib.

Oyunda Meyson Mount (3), Kallum Xodson-Odoi, Ris Ceyms, Benjamin Çiluel və Ceyms Arons (avtoqol) fərqləniblər.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran "Çelsi" turnir cədvəlində liderliyini qoruyub. "Norviç Siti" isə iki xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.

"Çelsi"nin turnir cədvəlində əsas rəqibi "Mançester Siti" səfərdə "Brayton"la qarşılaşır. Həmin görüşdə Mançester təmsilçisi 3:0 öndədir.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Kristal Palas" - "Nyukasl Yunayted" - 1:1;

"Everton" - "Vatford" - 2:5;

"Lids Yuneyted" - "Volverhemton" - 1:1;

"Southemton" - "Börnli" - 2:2;

"Arsenal" - "Aston Villa" - 3:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.