İDMAN


İngiltərə Premyer Liqası: "Mançester Siti" "Çelsi"ni darmadağın edib

Bakı, 10 fevral, AZƏRTAC

Bu gün İngiltərə Premyer Liqasında 27-ci turun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, "Etihad" stadionunda baş tutan görüşdə "Çelsi" ötən mövsümün çempionu "Mançester Siti"nin qonağı olub.

Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada "şəhərlilər"in heyətində Serxio Aquera (13, 19, 56), Rahim Sterlinq (4, 80) və İlkay Gündoğan (25) fərqləniblər. 27 oyundan sonra xallarının sayını 65 çatdıran "Mançester Siti" turnir cədvəlində liderliyə yüksəlib, ondan bir oyun az keçirən "Liverpul" isə top fərqinə görə ikinci pilləyə enib. "Çelsi" 50 xalla beşinci yerdədir.

Günün digər qarşılaşmasında "Tottenhem" "Lester Siti" klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Xatırladaq ki, "Liverpul" dünən "Bormunt" klubunu qəbul edib. Görüş “Liverpul”un böyük hesablı qələbəsi ilə başa çatıb (3:0). Yurqen Klopun yetirmələrinin heyətində Sadio Mane (24), Jorginyo Veynaldum (34) və Məhəmməd Salah (48) fərqləniblər.

Turun digər oyunları belə nəticələnib:

"Fulhem" - "Mançester Yunayted" - 0:3;

"Kristal Palas" - "Vest Ham" - 1:1;

"Haddersfild" - "Arsenal" - 1:2;

"Samphenton" - "Kardiff Siti" - 1:2;

"Brayton" - "Börnli" - 1:3;

"Vatford" - "Everton" - 1:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.