İDMAN


İngiltərə Premyer Liqasının 25-ci turuna yekun vurulub

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 4-də İngiltərə Premyer Liqasının 25-ci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun yekun oyununda çempionatın lideri "Liverpul" səfərdə "Vest Ham" klubunun qonağı olub. Mersessayd təmsilçisi Sadio Manenin 22-ci dəqiqədə vurduğu qolla öndə olsalar da, meydan sahibləri altı dəqiqədən sonra hesabı bərabərləşdiriblər - 1:1. "Vest Ham" klubunun heyətində Mixael Antonio fərqlənib. Beləliklə, "Liverpul" çətin səfər matçında xal itkisi ilə üzləşib. Yurqen Klopun yetirmələri son 5 oyunda "Vest Ham" klubuna qalib gələ bilmir.

"Liverpul" növbəti turda doğma azarkeşlər önündə "Bornmut"la, "Vest Ham" isə "Kristal Palas" ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir cədvəlində 62 xalla "Liverpul" klubu başçılıq edir, "Mançester Siti" 59 xalla ikinci, 57 xalı olan "Tottenhem" üçüncü, "Çelsi" isə 50 xalla dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Mançester Yunayted" (48), "Arsenal" (47), "Volverhemton" (38), "Vatfort" (34), "Everton" (33) və "Bornmut" (33) yer alıblar.

Xatırladaq ki, turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Mançester Siti"-"Arsenal" - 3:1;

"Lester Siti"-"Mançester Yunayted" - 0:1;

"Çelsi"-"Haddersfild" - 5:0;

"Brayton”-“Uotford” - 0:0

“Börnli” – “Sauthempton” - 1:1

“Kristal Pelas” – “Fulhem” - 2:0

“Everton” – “Vulverhempton” - 1:3

“Kardiff Siti” – “Bornmut” - 2:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.