İDMAN


İngiltərə Premyer Liqasının XXVI turuna start verilib

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 9-da “Fulhem” – “Mançester Yunayted” oyunu ilə İngiltərə Premyer Liqasının XXVI turuna start verilib.

AZƏRTAC xəbər verir ki, görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı şeytanlar”ın heyətində Pol Poqba (14, 65) və Antoni Marsial (23) fərqləniblər. Bu qələbə sayəsində “Mançester Yunayted” xalların sayını 51-ə çatdıraraq turnir cədvəlində dördüncü yerə yüksəlib. “Fulhem” isə 17 xalla 19-cu yerdə qərarlaşıb.

Növbəti turda “Mançester Yunayted” doğma azarkeşlər önündə lider “Liverpul”, “Fulhem” isə səfərdə “Vest Hem” ilə qarşılaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.