DÜNYA


İngiltərə Sakit okeana təyyarədaşıyan gəmi göndərəcək

Bakı, 11 fevral, AZƏRTAC

İngiltərənin müdafiə naziri Gevin Viliamson kraliça Yelizavetanın adını daşıyan yeni təyyarədaşıyan gəminin Sakit okeana göndəriləcəyini bildirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, nazir gəmidə İngiltərə və ABŞ-ın F35 təyyarələrinin daşınacağını qeyd edib. G.Viliamsonun sözlərinə görə, bu addım ölkəsinin hərbi gücünü artırmaqla yanaşı, İngiltərə və ABŞ-ın yaxın müttəfiqlər olduğunu bir daha sübut edəcək.

Qeyd edək ki, gəminin 2021-ci ildə Sakit okean sularına daxil olması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.