ELM VƏ TƏHSİL


İngiltərə alimləri səsi aydın ötürən qulaq implantatı hazırlayıblar

Bakı, 23 iyul, AZƏRTAC

İngiltərənin Qrinviç Universitetinin alimləri eşitmə qabiliyyəti az olan insanlar üçün unikal implantat hazırlayıblar. İmplantat eşitməni demək olar ki, 100 faiz təmin edir.

AZƏRTAC meddaily.ru saytına istinadla xəbər verir ki, yeni implantat ətraf mühitdən gələn səsləri laylar üzrə yazır. Bu, səsli informasiyanı ayırd etməyə imkan verir. Sistemin işləməsi üçün mikrofon qulaq arxasına, əsas qurğu isə kəllə daxilinə yerləşdirilir. Kənardan gələn səslər eşitmə sinirinə birbaşa qoşulmuş daxili qurğuda qeydə alınır və ötürülür. Bu sinir səs siqnallarını beyinə yollayır. Nəticədə maksimal təmiz səs alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.