DÜNYA


İngiltərə hökuməti hərbi xərcləri artırır

London, 20 noyabr, AZƏRTAC

İngiltərə hərbi xərclərini son 30 ilin ən yüksək səviyyəsinə qaldırmağa qərar verib.

AZƏRTAC xəbər verir ki, hökumət tərəfindən müdafiə büdcəsinin dörd il ərzində hər il ən azı 10 faiz artırılacağı açıqlanıb.

Kosmos, kiber müdafiə və süni intellekt layihələrinə əlavə vəsaitlər ayrılacaq və yeni investisiyalar 40 min nəfərə iş imkanı yaradacaq.

Baş nazir Boris Conson İcmalar Palatasındakı iclasa onlayn qoşularaq müdafiə büdcəsindəki kəsintilərə son verməyə qərar verdiklərini söyləyib.

Müdafiə Nazirliyinin illik büdcəsi 40 milyard funt sterlinqdir. 10 faiz artımla cəmi 16,5 milyard funt sterlinq əlavə mənbələrdən büdcəyə köçürüləcək. Bu məbləğ hər il inflyasiyanın üstündə yarım pillə artırılacaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.