İDMAN
İngiltərə kuboku: “Tottenhem” ilk oyunda “Çelsi”ni məğlubiyyətə uğradıb
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da İngiltərə kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Uembli" stadionunda oynanılan matçda “Tottenhem” klubu “Çelsi”ni qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol 26-cı dəqiqədə Hari Keyn tərəfindən vurulub.
Bu komandalar arasında cavab qarşılaşması yanvarın 22-də keçiriləcək.
Qeyd edək ki, digər yarımfinal görüşü bu gün Bakı vaxtı ilə saat 23:45 start götürəcək. Həmin görüşdə "Mançester Siti" üçüncü divizyonda çıxış edən "Barton Albion"u qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:49]
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
- 20.04.2024 [17:31]
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
- 20.04.2024 [16:57]
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]