DÜNYA


İngiltərə parlamenti Baş Nazirin növbədənkənar seçkilərlə bağlı təklifini qəbul etməyib

London, 10 sentyabr, AZƏRTAC

İngiltərə parlamenti növbəti dəfə Baş Nazir Boris Consonun növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun parlamentin son iclasında ikinci dəfə növbədənkənar seçki keçirilməsi təklifini irəli sürüb. Deputatlardan 293-ü B.Consonun oktyabrın 15-də erkən seçkilərlə bağlı təklifini təsdiqləsə də, 434 deputat təklifin əleyhinə səs verib.

Müxalifət partiyaları, növbədənkənar seçkinin gündəmə gələcəyi təqdirdə təsdiq etməyəcəklərini əvvəlcədən elan etmişdilər.

Parlamentdəki altıncı məğlubiyyətini qazanan Boris Conson növbədənkənar seçkiləri təmin etmək üçün qanuni tədbirlər görəcəyini söyləyib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.