DÜNYA


İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton Pakistanda rəsmi səfərdədirlər

İslamabad, 16 oktyabr, АZƏRTAC

İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton Pakistanda rəsmi səfərdədirlər.

AZƏRTAC xəbər verir ki, Uilyam və Keyt Pakistanın Baş naziri İmran Xanla görüşüblər. Görüşdən sonra qonaqlar İmran Xanla birlikdə İslamabadın tarixi mərkəzində yerləşən Pakistan monumentindəki təntənəli qəbulda iştirak ediblər.

Fəxri qonaqlar İslamabaddakı internat məktəbə gedib, burada təhsil alan şagirdlərlə görüşüblər. Onlar məktəbdə İngiltərənin “Teach First” sürətləndirilmiş müəllim hazırlığı proqramının həyata keçirilməsi ilə tanış olublar.

Sonra Uilyam və Keyt Marqalla-Xills milli parkına gedib, şagirdlərlə birgə buradakı bəbirlərin davranış və hərəkətlərini müşahidə etmək üçün kameralar quraşdırıblar.

Şahzadə və xanımı Xayber-Paxtunxva əyalətindəki Çitral rayonuna gedərək, vertolyotla bu rayondakı əriyən buzlağın üzərindən uçublar. Sonra onlar leysan yağışlarından, sellərdən əziyyət çəkən kənd sakinləri ilə görüşüblər. Bu səfərin məqsədi dünya ictimaiyyətinin diqqətini qlobal istiləşmə probleminə və onun acı nəticələrinə cəlb etməkdir.

Qonaqlar Pakistanın ən böyük şəhəri Laxora, Himalay dağlarına, ölkənin qərbindəki sərhədyanı regionlara da gedəcəklər.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.