DÜNYA


İngiltərədə Roma dövrünə aid nadir sikkələr tapılıb

London, 18 may, AZƏRTAC

İngiltərənin Kembricşayr bölgəsində yol təmiri zamanı Roma dövrünə aid nadir sikkələr tapılıb.

AZƏRTAC xəbər verir ki, tapılan sikkələr eramızdan əvvəl 269-cu ildə Romaya ikiaylıq hökmranlıq etmiş Korneli Lelianın dövrünə aiddir.

Tapıntılar haqqında danışan aparıcı arxeoloq Stiv Şerlok deyib: “İmperator Lelian hakimiyyətdə çox az müddətdə olduğu üçün onun dövrünə aid belə nadir sikkələri tapmaq bizə qürur verir. Lakin, sikkələrin bura necə gəlib çıxdığı haqqında heç bir məlumatımız yoxdur”.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.