DÜNYA


İngiltərədə hava şəraitinin kəskin dəyişməsi bir sıra problemlər yaradıb

London, 10 mart, AZƏRTAC

İngiltərədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində bir sıra problemlər yaranıb.

AZƏRTAC xəbər verir ki, güclü külək nəticəsində Kent və Vestvud Kross şəhərlərində yaşayış binalarının və supermarketlərin dam örtüyü uçub. Həmçinin bəzi yollarda ağaclar aşaraq nəqliyyatın hərəkətinə maniyə yaradıb.

Natfild və Surey bölgələrində elektrik kabellərinin qırılması nəticəsində bir müddət elektrik enerjisinin verilməsi dayandırılıb.

Polis tərəfindən əhaliyə olunan çağırışda yollarda diqqətli olmaları və hər hansı bir hadisə ilə qarşılaşdıqda onlara məlumat vermələri xahiş olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.