DÜNYA


İngiltərədə şagirdləri daşıyan avtobus yanıb

London, 13 iyun, AZƏRTAC

İngiltərədə içərisində 53 şagirdin və onların müəllimlərinin olduğu məktəb avtobusunda yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, müəllimlər və şagirdlər avtobusdan çıxarılaraq təhlükəsiz əraziyə aparılıb. Onların arasında xəsarət alan olmayıb.

Hadisə yerinə polis cəlb olunub. Yanğının səbəbləri araşdırılır.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.