SİYASƏT
İngiltərədə türk dünyası dərnəkləri sədrlərinin görüşü olmuşdur
Bakı, 3 noyabr (AZƏRTAC). İngiltərədə fəaliyyət göstərən türk dünyasının müxtəlif dərnək sədrlərinin təşkilatçılığı ilə Londonda tədbir keçirilmişdir. Məqsəd türk dünyasına mənsub insanların problemlərini qərb ictimaiyyətinin diqqətinə çatdırmaq olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi İngiltərədə fəaliyyət göstərən “Azərbaycan House” dərnəyinin sədri doktor Əli Təkin Atalar təmsil etmişdir.
Tədbirdə türk dünyasının Kipr, Qərbi Trakya, İraq Türkməneli və Azərbaycan kimi 4 regionu haqqında çıxışlar olmuşdur. Çıxış edənlər tədbirin Avropanın müxtəlif mərkəzlərində də keçirilməsinin vacibliyini vurğulamışlar.
Azərbaycan dərnəyinin nümayəndəsi Sinan Əliyev Azərbaycanın problemləri haqqında danışmış, Azərbaycan türklərinin ağrılarını xatırlatmış, Qarabağ probleminin onların qanayan yarası olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.04.2024 [17:26]
İstanbul valisi: Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir
- 25.03.2024 [14:40]