İDMAN


İngiltərəli futbolçu “Trabzonspor” ilə transfer danışıqları aparmaq üçün İstanbula gəlib

Bakı, 20 avqust, AZƏRTAC 

İngiltərəli futbolçu Daniel Starric Türkiyənin “Trabzonspor” klubu ilə transfer danışıqları aparmaq üçün Mançester şəhərindən İstanbula gəlib.

AZƏRTAC “TRT Spor”a istinadla xəbər verir ki, İngiltərə yığmasının 29 yaşlı hücumçusu avqustun 20-də komandanın rəhbərliyi ilə görüşəcək və müqavilənin təfərrüatlarını müzakirə edəcək.

Qeyd edək ki, D.Starric altı il formasını geyindiyi “Liverpul” klubu ilə müqaviləsi başa çatıb. Daha əvvəl “Çelsi” və “Mançester Siti” komandalarının formasını geyinən futbolçu İngiltərə Premyer Liqasında 218 matçda 76 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.