DÜNYA


İngiltərənin Birminhem şəhərində karantin rejimi yenidən tətbiq olunmağa başlayacaq

London, 12 sentyabr, AZƏRTAC

İngiltərənin qərb bölgəsində yerləşən Birminhemdə koronavirusa yoluxanların sayında artım baş verdiyi üçün sentyabrın 15-dən etibarən şəhərdə yenidən karantin rejimi tətbiq olunmağa başlayacaq.

Belə ki, bir həftə ərzində şəhərdə yoluxma halları iki dəfə çoxalıb.

Ətraf bölgələr olan Sandvel və Solihul ərazilərində də karantin rejimi yenidən tətbiq olunacaq.

Həmçinin hökumət tərəfindən qəbul edilən yeni qərara görə ölkə ərazisində bazar ertəsindən etibarən 6 nəfərdən artıq insanın toplaşması qadağan olunub.

Qaydaya tabe olmayanlar 100 funt sterlinq məbləğində cəzalandırılacaq. Qanun pozuntusu təkrarlanarsa, cərimə əvvəlki ilə müqayisədə iki dəfə artırılacaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.