DÜNYA


İngiltərənin Brexit katibi deputatlarla görüşüb

London, 10 mart, AZƏRTAC

İngiltərənin Brexit üzrə məsul katibi Stefan Berkley ikinci referendum keçirilməsini tələb edən deputatlarla görüşüb. Leyboristlər partiyasına mənsub deputatlarla keçirilən görüşün məqsədi növbəti səsvermədə Brexit müqaviləsi üçün razılıq əldə etmək olub. Katib Leyboristlər partiyasından olan iki deputatı Brüssel ilə görüşlərə dəvət edib.

Görüşdən sonra müsahibə verən deputatlar Berkleyin hökumətin siyasətinə sadiq qaldığını və ikinci referenduma qarşı çıxdığını açıqlayıblar.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.