DÜNYA


İngiltərənin Mançester şəhərində silahlı insident nəticəsində 10 nəfər xəsarət alıb

Bakı, 12 avqust, AZƏRTAC 

İngiltərənin Mançester şəhərində baş verən silahlı insident nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə avqustun 12-nə keçən gecə yerli vaxtla saat 02:30-da şəhərin Moss Sayd rayonunda baş verib. Hadisənin baş verməsindən bir neçə saat əvvəl həmin ərazidə Karib karnavalı keçirildiyindən orada xeyli adam olub.

Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı təhqiqat aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.