DÜNYA


İnkişaf etmiş ölkələrin aldığı vaksin onların əhalisinin sayını üstələyib

Bakı, 19 fevral, AZƏRTAC

İnkişaf etmiş ölkələrin aldığı COVID-19 əleyhinə vaksin dozası onların əhalisinin sayından çoxdur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yoxsulluq və qarşısının alınması mümkün olan xəstəliklərlə mübarizə üzrə “ONE Campaign” təşkilatının məruzəsində deyilir.

Təşkilat virus əleyhinə vaksinin əldə olunması üzrə hazırkı sövdələşmələri təhlil edərək müəyyənləşdirib ki, hazırda ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya, Kanada və Yaponiya özlərini 3 milyarddan çox vaksin dozası ilə təmin edib. Bu, həmin ölkələrin əhalisinin vaksinasiyası üçün lazım olandan 1 milyard doza artıqdır.

Təşkilat bəyan edir ki, ABŞ və Böyük Britaniya bütün dünyada pandemiya ilə mübarizə üçün özlərindəki artıq vaksin dozalarını paylaşmalıdır.

Bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus əleyhinə vaksinin dünyada yalnız COVAX proqramı vasitəsilə ədalətli bölünə biləcəyini deyib.

Qeyd edək ki, COVAX gəlir səviyyəsindən asılı olmayaraq, bütün ölkələr üçün COVID-19 əleyhinə peyvəndin bərabər paylanmasını təmin etmək məqsədilə yaradılan təşəbbüs qrupudur. Təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.