İQTİSADİYYAT
“İnkişaf üçün maliyyə” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub
Bakı, 1 avqust, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnkişaf üçün maliyyə” MMC -nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 10 min ədəd, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 12 faiz, tədavül müddəti 2 ildir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler ) bölməsindən əldə edə bilərsiniz. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC -dir.