“İnkişaf üçün maliyyə” MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib
AzerTAg.az
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Bakı Fond Birjasında (BFB) “İnkişaf üçün maliyyə” MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 1 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edib.
O, BOKT “İnkişaf üçün maliyyə” MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını deyib.

Xəbərin mətnində orfoqrafik səhv var