ELM VƏ TƏHSİL


İnklüziv təhsildə səriştələrin artırılması üçün təlim

Bakı, 15 may, AZƏRTAC

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda beynəlxalq ekspertlər tərəfindən təlimçilər üçün növbəti təlim keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin məqsədi təlimçiləri inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları ilə tanış etmək, onları ali və ümumi təhsil müəssisələrinin müəllimləri üçün ixtisasartırma təlimlərinin keçirilməsinə hazırlamaqdır.

Layihələr çərçivəsində təlimlərə Bakı, Gəncə, Sumqayıt şəhərləri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından cəlb edilmiş 54 müəllim ilkin mərhələdə qeyd olunan proqram əsasında 600-ə yaxın universitet müəlliminin təlimatlandırılmasında iştirak edib.

Təlimlər zamanı inklüziv təhsildə əməkdaşlıq, xüsusi təhsil mütəxəssisləri və digər peşə sahibləri ilə əməkdaşlıq, inklüziv sinif və qiymətləndirmə, ailə və uşaq dəstək planları ilə bağlı geniş məlumat verilib.

Qeyd edək ki, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi isə UNICEF tərəfindən icra edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.