ELM VƏ TƏHSİL


İnnovasiya texnoparklarının informasiya təminatı sisteminin arxitektura modeli işlənilib

Bakı, 18 iyun, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda innovasiya texnoparklarının fəaliyyətinin informasiya təminatı sisteminin arxitektura modeli işlənilib.

Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib. Akademiyadan AZƏRTAC-a bildirilib ki, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev müasir iqtisadi inkişafda innovasiya strukturlarının rolu və əhəmiyyətindən söz açıb. Alim innovasiya texnoparklarının infrastruktur elementləri və fəaliyyət xüsusiyyətlərini diqqətə çatdırıb, bu sahədə informasiya təminatı sistemlərinin ümumi problemləri və onların həlli yollarından danışıb. O, texnoparklarda informasiya təhlükəsizliyi sisteminin idarə edilməsi zərurətindən və müasir texnologiyaların tətbiqi perspektivlərindən bəhs edib.

Daha sonra institutun böyük elmi işçisi Roza Şahverdiyeva mövzunun aktuallığını şərtləndirən milli və beynəlxalq sənədlər haqqında məlumat verib. Qeyd edib ki, innovasiya texnoparklarının fəaliyyətinin effektivliyinin yüksəldilməsi üçün informasiya təminatı sisteminin arxitektura modelinin işlənilməsi müasir dövr üçün aktualdır. Texnoparkların innovativ fəaliyyət mühitinin yaradılmasında rolunu vurğulayan R.Şahverdiyeva onların ölkədə innovasiya sistemini daha yaxşı formalaşdırdığını, regionlarda müəssisələr arasında əməkdaşlığa kömək etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.