İQTİSADİYYAT


İnnovasiyalar Agentliyi Əqli Mülkiyyət Təşkilatının növbəti konfransında təmsil olunacaq

Bakı, 22 avqust, AZƏRTAC

Cari ilin sentyabrın 2-3-də Monqolustanın paytaxtı Ulan-Batorda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən açıq dənizə və dənizə çıxışı olmayan, az inkişaf etmiş və inkişaf edən ölkələr üçün “İnnovasiyalar və texnologiyalar sahəsində potensialın artırılması istiqamətində əməkdaşlığın qurulması” üzrə regionlararası konfrans keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi konfransda təmsil olunacaq.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində əqli mülkiyyət sistemi və innovasiyadan istifadə etməklə iqtisadi inkişafın dəstəklənməsi, bununla bağlı gələcək əməkdaşlığın mümkün addımları, milli inkişaf məqsədinə çatmaq üçün elmi və texniki potensialdan səmərəli istifadə yolları və başqa mövzular müzakirə ediləcək.

Konfransa İnnovasiyalar Agentliyinin əməkdaşı da qatılacaq və agentliyin fəaliyyəti haqqında təqdimatla çıxış edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.