İQTİSADİYYAT


İnnovasiyalar Agentliyi ilə KOICA-nın əməkdaşlığı davam edir

Bakı, 4 may, AZƏRTAC

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanda innovasiya potensialının istiqamətləndirilməsi və gücləndirilməsində yaxından iştirak edir.

İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, mayın 4-də agentlikdə KOICA-nın Azərbaycan nümayəndəliyinin iştirakı ilə növbəti görüş keçirilib. 2019-cu ildən etibarən həyata keçirilən əməkdaşlıq çərçivəsində koreyalı mütəxəssislər Azərbaycanda milli ekosistemin cari statusuna dair ilkin sorğular təşkil etmiş və ilk mərhələdə əldə edilən nəticələrin əsasında əməkdaşlıq yeni müstəviyə keçid almaqdadır.

Belə ki, innovasiyalar sahəsində Strateji Yol Xəritəsinin hazırlanması istiqamətində prioritetlərin müəyyən olunması, strukturun formalaşdırılması, Yüksək Texnologiyalar Parkı, “FinTech”, “AgroTech”, “BioTech” və digər texnoloji fondların fəaliyyəti üzrə müvafiq metodoloji təkliflərin hazırlanması, yerli dövlət və özəl sektor təmsilçilərinin bilik və bacarıqların artırılması, biliyin idarə edilməsi və birgə pilot layihənin həyata keçirilməsi ikinci mərhələnin əsas fəaliyyət istiqamətləridir.

Tərəflər arasında geniş vüsət alan əməkdaşlıq Azərbaycanın inkişaf etməkdə olan ekosistemi və onun əsas oyunçuları üçün yeni imkanlar açaraq bu sahəyə özünəməxsus töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.