İQTİSADİYYAT
İnnovasiyalar Agentliyi startapları 500 min dollarlıq investisiya üçün mübarizəyə dəvət edir
Bakı, 14 iyul, AZƏRTAC
"Seedstars" "Onlayn Seedstars Dünya Müsabiqəsi 2020/21"i rəqəmsal olaraq yenidən Bakıya gətirir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bu tədbiri dəstəkləməyə hazırdır.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu heyrətamiz imkandan faydalanmaq istəyən bütün startaplar dəvətlidir. İndi müraciət edin və 50 min dollar investisiyalı "growth program"a qəbul olan 10 startapdan biri olmaq şansını qazanın, daha sonra isə qlobal qalib üçün nəzərdə tutulan 500 min dollarlıq investisiya üçün mübarizə aparın. "Seedstars Dünya Müsabiqəsi"ndə Azərbaycanı təmsil etmək və istedadınızı göstərmək şansını qazanın!.
Qeyd edək ki, "Seedstars" hər il qlobal birliyinə qəbul etmək üçün inkişaf etməkdə olan bazarlardan ən perspektivli strartapları tapır və onları öz proqram və investisiya imkanları ilə sürətləndirir. Müsabiqə haqqında daha ətraflı məlumat üçün aşağıdakı internet səhifəsinə daxil olun: https://www.seedstarsworld.com/event/seedstars-baku-2020/