ELM VƏ TƏHSİL


İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüblər

Bakı, 21 noyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, nümayəndələr tələbələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni “Akselerasiya” proqramı haqqında məlumat veriblər.

Görüşdə universitetlər arasında ilk olaraq AzTU-da yaradılacaq Barama Texniki Universitet Mərkəzi haqqında fikir mübadiləsi aparılıb və biznes ideyaları olan gənclərlə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xatırladaq ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “Azercell” şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılıb. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların reallaşmasına kömək edir. Həmçinin ideyası olan gənclərə kompüter, internet və təlimlərlə bağlı müxtəlif məsləhət, o cümlədən texniki dəstək təqdim edir.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.