İQTİSADİYYAT
“İnnovativ iqtisadiyyat: gələcək iş yerləri” mövzusunda videokonfrans keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri Təşkilatının təşkilatçılığı ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin könüllülərlə “İnnovativ iqtisadiyyat: gələcək iş yerləri” mövzusunda görüşü keçirilib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən görüş zamanı gəncləri maraqlandıran ən əsas mövzulardan biri olan müasir dövrün innovativ məşğulluq məsələləri, gələcəyin ixtisasları və peşə seçimində mövcud olan əsas məqamlar müzakirə olunub.
T.Mirkişili görüş zamanı könüllülərə innovativ iqtisadiyyatın əsas xarakterik xüsusiyyətləri, onun aparıcı qüvvələri, insan kapitalının rolu, gələcəkdə ən çox tələb olunan ixtisaslar və bu ixtisaslara yiyələnmənin yolları barədə məlumat verib.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin könüllüləri ilə yanaşı, ASAN, DOST, QİDA, miqrasiya, aqrar və gömrükçü könüllüləri də olmaqla yüzə yaxın gənc iştirak edib.
Könüllülər də mövzu ilə bağlı fikirlərini bölüşüblər.