ELM VƏ TƏHSİL


İnnovativ sahibkarlığın mikro və makro aspektləri UNEC-də müzakirə olunub

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dosent Altay İsmayılov iqtisadi inkişafın dünya təcrübəsindəki modellərindən söz açıb. O, bazar iqtisadiyyatı şəraitində hər bir ölkənin rəqabət mühitində mövqeyinin qorunması üçün innovativ məhsul istehsal etməli olduğunun zəruriliyini vurğulayıb.

İnnovasiya Agentliyi İdarə Heyətinin üzvü Fariz Quliyev Azərbaycanda innovativ sahibkarlığın formalaşması və inkişafında dövlət tərəfindən innovasiyaların təşviqini stimullaşdıran fəaliyyət proqramlarından söz açıb, innovativ sahibkarlığın dövlət və cəmiyyət qarşısında yaratdığı çevik strateji çağırışları seminar iştirakçılarının diqqətinə çatdırıb.

İnnovativ sahibkarlığın təsnifatını açıqlayan Lütfi-Zadə Texnologiya Mərkəzinin rəhbəri İmran Bağırov bu sahədə kiçik və orta sahibkarların qarşılaşdığı problemlərdən danışıb, onların aradan qaldırılması istiqamətində innovasiya yönündə inkişaf strategiyalarını bölüşüb.

Almaniyanın Darmştat Texniki Universitetinin tədqiqatçısı Nail Tahirov isə istehlak davranışları və şirkətlərin dəyişən satış anlayışlarından, qlobal e-ticarət şəbəkələrindən, innovativ məhsulların satış və paylanma kanallarından, multikultural paylama strategiyalarının planlanması və idarə olunması proseslərindən söz açıb.

Seminarın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.