REGİONLAR


İnqo Büttner: Naxçıvandakı seçki məntəqələrində yaradılan şərait Seçki Məcəlləsinə uyğundur

Naxçıvan, 24 yanvar, AZƏRTAC

Biz Naxçıvan Muxtar Respublikasında seçkilərə hazırlıq barədə uzunmüddətli missiyanı həyata keçiririk. Əsas vəzifəmiz Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkiləri müşahidə etməkdir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün muxtar respublikaya təyin olunmuş ATƏT-in uzunmüddətli müşahidə qrupunun rəhbəri İnqo Büttner deyib.

İnqo Büttner qeyd edib ki, Naxçıvanda Mərkəzi Seçki Komissiyasının, medianın, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşür, seçkilərin ədalətli keçirilməsi üçün yaradılan şəraiti öyrənir. O vurğulayıb ki, bu istiqamətdə keçirilən görüşlərin hamısından razı qalıb. Bəzi seçki məntəqələrində olub. Seçki məntəqələrində yaradılan şərait Seçki Məcəlləsinə uyğundur.

İnqo Büttner deyib: “Bura gəlməmişdən əvvəl mənə siyahı təqdim etdilər və bildirdilər ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına ezam olunuram. Bu diyara gəlmək məndə böyük maraq oyatdı. Burada olmağımdan çox şadam. Hər yerdə qonaqpərvərliklə qarşılanmışam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.