ELM VƏ TƏHSİL


İnşaat fakültəsinin əməkdaşları tələbələrin istehsalat təcrübəsini izləyiblər

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat fakültəsinin dekanlıq nümayəndəsi Tural Əliyev, inşaat konstruksiyaları kafedrasının müdiri Muxlis Hacıyev və həmin kafedranın təcrübə rəhbərləri “Archico”, “Grandproje”, “Azərdövlətlayihə” İnstitutu və Bakı Dövlət Layihə İnstitutunda olublar.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, onlar fakültə tələbələrinin inşaat obyektlərində keçdikləri istehsalat təcrübəsi ilə maraqlanıblar. İnşaat fakültəsinin əməkdaşları təcrübə keçən tələbələrin gündəlik iş prosesini yaxından izləyib, onlara tövsiyələrini veriblər.

Qeyd edək ki, bu cür yoxlamalar inşaat fakültəsinin bütün kafedralarının təcrübə rəhbərləri tərəfindən mütəmadi olaraq həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.