İQTİSADİYYAT
İnşaatın problemlərinə həsr olunmuş beynəlxalq konfrans başa çatmışdır
Bakı, 30 noyabr (AZƏRTAC). Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Müasir inşaatın nəzəri və praktiki problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans noyabrın 30-da başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci günü də tədbir iştirakçıları müzakirələri müvafiq bölmələrdə davam etdirmişlər.
AzMİU-nun və xarici ölkələrin alim və mütəxəssislərinin “şəhərsalmada müasir problemlər-məskunlaşma rekonstruksiya və şəhər nəqliyyat hərəkətinin təşkili”, “Modifikasiya olunmuş yüksək möhkəmlikli beton”, “Dəmir-beton doldurma svayların təzyiq metodu ilə betonlanmasının texnologiyası və təşkili”, “Tikinti biznesində marketinq tədqiqatlarının xüsusiyyətləri” və digər mövzularda məruzələri dinlənilmiş, müasir dövrdə memarlıq və inşaat işlərinin hazırkı vəziyyəti, elmi-texniki səviyyəsi, yeni texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılmışdır.