CƏMİYYƏT


“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu yeni layihənin icrasına başlayır

Bakı, 16 avqust, AZƏRTAC 

“İnsan Hüquqları XXI əsr– Azərbaycan” Fondu müharibədə itkin düşmüş şəxslərin Bakıda yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi layihəsinin icrasına başlanıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqlarını xatırlatmaq, dövlətimizin bu sahədə apardığı siyasətə ictimai dəstək vermək və gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinə kömək etməkdir. Layihə çərçivəsində ümumilikdə 200-ə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinə psixoloji yardım göstərilməsi nəzərdə tutulub. Bu məqsədlə yaradılacaq "Etimad xətti" vasitəsilə onların problemləri daha dərindən araşdırılacaq.

Qeyd edək ki, “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu 2011, 2012 və 2013, 2014-cü illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Bakı şəhərinin rayonlarında yaşayan müharibədə itkin düşmüş şəxslərin ailələrinin hüquqi, psixo-sosial çətinliklərinin azaldılması məqsədi əməkdaşlıq etmiş, həmçinin bu məqsədlə “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.