CƏMİYYƏT


İnsan alverinə qarşı mübarizə ilə bağlı videoçarxlar hazırlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnsan alverinə qarşı mübarizə üzrə videoçarxların hazırlanması” layihəsi çərçivəsində iki videoçarx hazırlayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi videoçarxların hazırlanmasına təşkilati və informasiya dəstəyi göstərib.

İctimai Birliyin sədri Anar Xəlilov qeyd edib ki, insan alverinə qarşı mübarizə üzrə müxtəlif problemlər və təhlükələr barədə cəmiyyətin maarifləndirilməsi məqsədilə hazırlanan videoçarxlarda cinayətkar qrupların tələsinə düşməmək üçün daim sayıq olmağın vacibliyi vurğulanıb. Həmin videoçarxlarda maarifləndirici məlumatlar və mübarizə metodları da əksini tapıb.

Videoçarxların əsasən sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.