CƏMİYYƏT


İnsan alverinə qarşı mübarizəyə dair gənclər üçün reallaşdırılan layihənin icrası başa çatıb

Bakı, 16 iyul, AZƏRTAC

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin “İnsan alverinin qurbanı olma!” devizi altında reallaşdırdığı layihənin icrası başa çatıb.

AZƏRTAC xəbər verir ki, Birliyin sədri Mehriban Abdullayeva tədbirdə çıxış edərək layihənin məqsədinin insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan dövlətinin yürütdüyü siyasətə töhfə vermək, region gənclərinin bu sahədə biliklərini artırmaq olduğunu bildirib. Qeyd edib ki, İctimai Birlik layihə çərçivəsində Quba, Qusar, Gəncə bölgələrinin gəncləri ilə fərdi söhbətlər aparıb, maarifləndirici tədbirlər həyata keçirib. Layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə KİV-lərdə və sosial şəbəkələrdə insan alverinə qarşı mübarizəyə dair geniş maarifləndirici məlumatlar yayımlanıb.

Tədbir iştirakçıları çıxışlarında insan alverinə qarşı mübarizənin aktuallığından danışıb, yeniyetmə və gənclərin bu sosial bəlanın fəsadları ilə bağlı maarifləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.