CƏMİYYƏT


“İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusu Salyanda müzakirə edilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 13-də Salyan rayonunda şəhid Ziya Həmidov adına Çuxanlı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan Rayon İcra Hakimiyyəti, Salyan Rayon Təhsil Şöbəsi və Salyan Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, insan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquq və azadlıqlara malikdirlər. İnsan hüquqları 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının, həmçinin 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdən xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb. Ölkəmizdə etiqad, inanc azadlığı bərqərar olunub, vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapıb. Daha sonra dövlətimiz tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində atılan mühüm addımlardan danışılıb, insanların inanc azadlıqlarına hörmət etməyin hər bir vətəndaşın hüquqi və mənəvi borcu olduğu qeyd edilib.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.