ORDU
“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Ordusunda bir sıra tədbirlər keçirilir
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə respublikamızda “İnsan hüquqları aylığı” keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyəti, onların pozulmasının qarşısının alınması yolları mövzularında konfranslar, “dəyirmi masa”lar, kitab sərgiləri, müsabiqələr, xüsusi dərslər, əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər təşkil olunacaq.
Bu tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar tərəfindən cavablandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]