ELM VƏ TƏHSİL
“İnsan resurslarının idarə edilməsi sertifikat proqramı” başa çatmışdır
Bakı, 22 fevral (AZƏRTAC). Qafqaz Universiteti daimi inkişaf mərkəzinin 2012-ci ilin dekabrında başladığı “İnsan resurslarının idarə edilməsi sertifikat proqramı” sona çatmışdır.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, proqram Azərbaycan Respublikasının Əmək Məcəlləsi, strateji insan resurslarının idarə edilməsi, insan resurslarının tədarükü, seçimi və işə qəbul sisteminin qurulması, əməkhaqqı sisteminin qurulması, insan resurslarında beynəlxalq standartların tətbiqi və digər mövzuları əhatə etmişdir.
Mərkəzə cəlb olunmuş təcrübəli mütəxəssislər tərəfindən aparılmış seminarda dövlət müəssisələrinin, özəl şirkətlərin əməkdaşları və gələcəkdə özünü bu sahədə görmək istəyən şəxslər iştirak etmişlər.
Proqramın yekununda iştirakçılara sertifikatlar verilmişdir.