ELM VƏ TƏHSİL


“İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda növbəti təlim təşkil olunub

Bakı, 29 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 29-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış “ mövzusunda təlim keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Mərkəzin əməkdaşı Miranə Rüstəmli motivasiyanın əhəmiyyəti, prinsipləri, müasir metodları, işçiləri motivasiya edən amillər, münaqişə situasiyaları və onların yaranma səbəbləri, həlli yolları, iş yerlərində stresin idarə olunması və s. məsələlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.