ELM VƏ TƏHSİL
İnsan resurslarının idarə olunmasını intellektual dəstəkləyən model üzərində tədqiqat aparılır
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının idarə olunmasını intellektual dəstəkləyən model və metodların işlənməsi” mövzusunda dissertasiya işi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti, elmi yeniliyi və s. haqqında məlumat verib. O, elmi-tədqiqat işi çərçivəsində informasiya cəmiyyəti şəraitində insan resurslarının idarə olunmasının nəzəri aspektlərinin təhlil olunduğunu bildirib. Vurğulayıb ki, ölkədə yoxsulluğun azaldılması və məşğulluq siyasətinin formalaşması üzrə qərar qəbulunun dəstəklənməsi məsələləri modelləşdirilib, alqoritmlər işlənilib.
Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.