MƏDƏNİYYƏT


İnsanın dünyaya münasibətindən bəhs edən tamaşa - “Katarsis”

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 23-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Katarsis” tamaşası göstəriləcək.

AZƏRTAC xəbər verir ki, qeyri-adi üslubda hazırlanan tamaşada dünya ilə insan münasibətlərinin yozumundan danışılır.

Tamaşanın ssenari müəllifi Əməkdar artist Nargilə Qəribovadır. Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Sənubər Səmədovaya, musiqi tərtibatı isə Nargilə Qəribovaya məxsusdur.

Xronometrajı 40 dəqiqə olan səhnə əsərində qəhrəmanların mənsur poetik parçalar şəklində təzahür edən daxili monoloqlarının növbə ilə səsləndirilməsi canlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.