İnsanlar İİV/QİÇS infeksiyasından özlərini necə qoruya bilərlər?
AzerTAg.az

Bakı, 1 dekabr, AZƏRTAC
Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar əsas məqsədimiz insanları maarifləndirməkdir. İnsanlar bu infeksiya ilə əlaqədar məlumatlıdırsa, özlərini xəstəlikdən qoruya bilər.
Bunu AZƏRTAC-a müsahibəsində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş dəyirmi masada iştirak edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə deyib.
Direktor müavininin sözlərinə görə İİV/QİÇS virusu bu xəstəliyə yoluxmuş anadan uşağa ötürülə bilər. Bu səbəbdən Səhiyyə Nazirliyinin qərarına əsasən hamiləlik dövründə analar bu virusla bağlı iki dəfə müayinə olunurlar: “Əgər anada İİV müayinəsi müsbət nəticə veribsə, dərhal antiretroviral terapiyaya cəlb olunmalıdır”.
S.Babazadə qeyd edib ki, qan donorları da qan verməzdən öncə İİV virusunun yoxlanılması məqsədilə test verir. Eyni zamanda, gözəllik salonları və bərbərxanalarda da dezinfeksiya edilmiş əşyaların istifadə edilməsinə diqqət edilməlidir.
Xəbərin mətnində orfoqrafik səhv var