Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İnsanların sosial müdafiəsinin gücləndirilməsi konstitusion hüquqların təmin edilməsinə xidmət edən siyasətdir

İnsanların sosial müdafiəsinin gücləndirilməsi konstitusion hüquqların təmin edilməsinə xidmət edən siyasətdir

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın ilk günlərindən başlayaraq, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla Azərbaycan xalqının, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və rifahının artırılmasına yönələn növbəti çox mühüm addım atdı. Əvvəlcə ölkə başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər” haqqında Sərəncamla 2023-cü il üçün minimum aylıq əməkhaqqının, əmək pensiyalarının məbləğinin və yaşayış minimumunun artırılması təsdiq edildi. Yanvarın 13-də isə dövlətimizin başçısı imzaladığı yeni sərəncam və fərmanlarla şəhid ailələrinə, müharibədə, 20 Yanvar hadisələri zamanı, hərbi xidmət vəzifələrini yerinə yetirərkən, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilənlərə, Əfqanıstan müharibəsi, İkinci Dünya müharibəsinin iştirakçılarına, hərbi tapşırıqları yerinə yetirərkən əlil olmuş və ya həyatını itirmişlərə, bir sözlə bütün həssas qrup kateqoriyalara daxil edilən vətəndaşlara verilən aylıq təqaüd, müavinətlər artırıldı. Bununla bərabər, çoxuşaqlı analara, 1 yaşadək uşağı olan aztəminatlı ailələrə, hərbçilərin uşaqlarına, uşağın anadan olmasına görə, dəfn üçün və s. verilən müavinətlərə artım edildi.

Belə bir sərəncam və fərmanların imzalanması ilk dəfə deyil, əksinə bu artıq dövlətin sosial siyasətinin davamlı ənənəsidir. Bu mənada artıq on ildən çoxdur ki, Azərbaycan vətəndaşı hər il dövlətimizin başçısının əhalinin sosial rifahının gücləndirilməsi ilə bağlı belə bir humanist, rifahı yaxşılaşdıran sənəd qəbul edəcəyini bilir. Çünki ölkəmizdə uzun illərdir bütün sahələrdə çox əsaslı islahatlar həyata keçirilir. Xüsusi vurğulamaq istərdim ki, 2009-cu ildən sosial sahədə həyata keçirilən islahatları inqilabi addımlar adlandırmaq olar. Həmin sosial islahatların miqyası çox geniş əhali qrupunu əhatə edir. Sonuncu sərəncam və fərmanlar da son beş ilin dördüncü sosial paketi hesab olunur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat xatırladıb ki, ölkəmizdə Konstitusiyanın bir sıra maddələrində dəyişiklik edilməsi ilə bağlı keçirilən son referendum nəticəsində Konstitusiyada Azərbaycan vətəndaşının ən ləyaqətli həyat tərzinin təmin edilməsi ilə bağlı maddə də daxil edilib. M.İbrahimqızının sözlərinə görə, dövlət başçısının daim diqqətində olan Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəldilməsi də məhz Azərbaycan vətəndaşının konstitusion hüquqlarının yüksək səviyyədə təmin edilməsinə xidmət edən siyasətdir: “Azərbaycan vətəndaşının ləyaqətli həyat tərzinin təmin edilməsi təkcə onun əməkhaqqının, təqaüdünün, pensiyasının artırılması demək deyil. Mənzil təminatı, ətraf mühitin sağlamlaşdırılması, asudə vaxtının təşkili, fiziki və mənəvi sağlamlığının qorunması və təmini, ölkənin bütün bölgələrində sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi, şəhid və qazilərimizin mənzillə təmin edilməsi, müəyyən kateqoriyalı insanların güzəştli sosial evlərlə təmin olunması, səhiyyə xidmətinin əlçatan olması, təhsilin keyfiyyətinin artırılması - bütün bunlar kompleks şəkildə Azərbaycan vətəndaşının ləyaqətli yaşamasını təmin edən şərtlərdəndir. Bir yandan ölkə başçısı maddi-iqtisadi vəziyyətin, ailə büdcəsinin gücləndirilməsi istiqamətində çox ciddi qərarlar qəbul edir. Digər yandan Azərbaycan vətəndaşının həyat və yaşayış keyfiyyətinin yüksəldilməsinə xidmət edən digər amillər də unudulmur.

Bu günlərdə imzalanmış sərəncam və fərmanlar nəticəsində, həmçinin dövlət büdcəsindən maliyyələşən 25-dən çox müəssisədə çalışan işçilərin əməkhaqları, təhsilin bütün pillələrində tələbələrin, eləcə də magistrant və doktorantların, fəxri adlara və elmi dərəcələrə görə verilən təqaüdlərin də məbləği artırıldı. Əməkhaqlarında artım 15 faizdən başlayıb, hətta elə kateqoriyalar var ki, əməkhaqlarında 50-60 faiz artım qeydə alınıb. Bu mənada sonuncu fərman və sərəncamlar əvvəlkilərə nisbətən daha yüksək formada dəyərləndirilməlidir. Həmin fərman və sərəncamlar 2 milyona yaxın vətəndaşa şamil ediləcək. Eyni zamanda, dövlət büdcəsindən 750 milyon manat vəsait həmin artımlara sərf olunacaq. Bu artımlar hər bir ailənin büdcəsini xeyli gücləndirmiş olacaq. Ölkədə iki milyon ailənin olması və sərəncamların da 2 milyona yaxın vətəndaşı əhatə etməsi onu göstərir ki, ən azı hər ailədə biz bunun müsbət təsirini görəcəyik. Elə ailələr var ki, onlara iki-üç kateqoriyadan olan artımlar şamil ediləcək. Əminəm ki, Prezident İlham Əliyevin sosial rifahın gücləndirilməsi istiqamətində imzaladığı sərəncam və fərmanlar bununla məhdudlaşmır və bu proses ilboyu davam edəcək.

Ölkə başçısı bir neçə gün əvvəl televiziya kanallarına verdiyi müsahibədə də bu siyasətin davam edəcəyini bildirib. Həmin müsahibədə ölkə başçısı, həmçinin deyib: “... Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”. Prezident İlham Əliyev müsahibə zamanı bu il ölkədə orta aylıq əməkhaqqının 900 manatdan çox olacağının gözlənildiyini də diqqətə çatdırıb.

Hələ ötən il büdcə müzakirələri aparılanda ictimaiyyətə 3 milyon manata yaxın artım olduğu açıqlandı. Hər kəs bilirdi ki, həmin artım sosial sahəyə daha çox yönələcək. Bu da onun nəticəsidir ki, 2023-cü il dövlət büdcəsinin təxminən 46-47 faizi məhz sosial sahəyə ayrılıb.

Azərbaycan xalqı öz xoşbəxt taleyini Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin siyasətinə bağlayıb və dövlətimizin başçısının ətrafında sıx birlik nümayiş etdirir. Azərbaycan vətəndaşı əmindir ki, dövlət başçısı qlobal miqyasda apardığı uğurlu xarici siyasət kimi daxili siyasətdə də çox böyük nailiyyətlərə imza atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar