Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İnsanlığa, gəncliyə və multikulturalizmə sevgi ilə...

Bakı, 5 avqust, AZƏRTAC

İstənilən layihədən ənənə yaratmaq özündə ağır zəhmət və böyük məsuliyyət birləşdirən çətin məsələdir. Hələ bu ənənə beynəlxalq miqyası əhatə edirsə və multietnik, polikonfessiyalı xarakter daşıyırsa, çətinliyi də, amma bununla yanaşı, əhəmiyyəti də birəbeş artır.

Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” devizi ilə keçirilən III Beynəlxalq multikulturalizm məktəbi də son dönəmin əhəmiyyətli və dəyərli ənənələrindəndir.

Azərbaycanın milli və dini dəyərlərinə bəslənən sevginin işığında

Əvvəlcə onu vurğulamaq yerinə düşər ki, III Beynəlxalq multikulturalizm məktəbinin zəngin proqramı və uğurlu yekun statistikasının arxasında Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycan multikulturalizmini dünyada tanıtmaq kimi əvəzsiz bir hədəfi gerçəkləşdirmək niyyəti ilə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin ideya rəhbərliyi və təşkilatçılığı ilə birləşən iki böyük qurumun əməkdaşlarının gərgin zəhmət bahasına gördüyü işə sevgi amili dayanır. Akademik Kamal Abdullayevin vurğuladığı kimi, görülən işin sevgi ilə həyata keçirilməsi nəticəsində xarici tələbələrin də Azərbaycana olan marağı sevgiyə çevrilir. III Beynəlxalq multikulturalizm məktəbi iştirakçılarının öz təşəbbüsləri ilə Azərbaycanın müxtəlif televiziya kanallarına, elektron və çap mətbuatına verdikləri intervülərdə, söhbət, görüş və diskussiyalar əsnasında səsləndirdikləri fikirlərdə bu sevgi özünü aydınca büruzə verirdi.

İyulun 18-27-də Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı, 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbənin qısa müddət ərzində Bakı, Qəbələ, İsmayıllı, Şəki, Oğuzda yerli gənclərlə qaynayıb -qarışması, bir-birilərinin xalq mahnılarını birgə oxumaları, milli rəqslərinə birgə şəkildə qol götürüb oynamaları rəngarəng Azərbaycan multikulturalizminin əyani mənzərəsi idi.

Görülən iş, gərgin zəhmət bu dəfə də özünü doğrultdu: Onlarla gənc özü ilə dünyanın dörd bir tərəfinə - Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, Yəmən, Qırğızıstan, Gürcüstan, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya və Yunanıstana ürəyində Azərbaycan multikulturalizminə, dolayısı ilə də Azərbaycan xalqına, onun tarixinə, mədəniyyətinə, dövlətinə bəslədiyi böyük sevgini apardı.

Qəbələ - Qafqaz Albaniyasının qəlbidir

Dövlət müşaviri Kamal Abdullayevin söylədiyi kimi, III Beynəlxalq multikulturalizm məktəbi üçün bu dəfə Qəbələnin əsas məkan olaraq seçilməsi əlbəttə ki, təsadüfi verilmiş qərar deyildi. “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adı ilə fəaliyyət göstərən növbəti yay məktəbinin təşkilində məqsəd Qəbələ və ətraf rayonlarda yaşayan multietnik və fərqli dinə etiqad edən azərbaycanlıların həyatını, məişətini, adət-ənənələrini xarici tələbələrə əyani şəkildə göstərmək idi.

Qəbələ qədim Qafqaz Albaniyasının paytaxtı kimi minilliklərə söykənən tarixi və multiketnik tərkibi ilə hazırda Azərbaycanın etnik palitranı xatırladan unikal, rəngarəng bölgələrindən biridir.

Nicdə udilərlə: Azərbaycan multikulturalizminin izahsız təzahürü

Qəbələnin Nic qəsəbəsi Azərbaycan multikulturalizminin parlaq simgələrindən biridir. Çünki Nicdə həm qədim Qafqaz Albaniyasının tayfalarından olan uti tayfalarının nəsilləri yaşayır, həm də burada Azərbaycanda böyük çoxluğun etiqad elədiyi islamdan fərqli bir dinə - xristianlığa inanırlar. Fərqli etnik və dini mənsubiyyətin bir arada mövcudluğu multikultural Azərbaycanın izaha ehtiyacı olmayan həqiqətlərindəndir. Xarici tələbələrin arasında da təbii ki, xristianlıq dininə etiqad edənlər az deyildi və Nicdə xristianlığın ən qədim kilsələrindən olan Cotarini ziyarət etmək onlar üçün yaddaqalan və zövqverici idi.

Kilsənin həyətində Udi folklor qrupunun ifa etdiyi “Yallı” ətrafında birləşən müxtəlif ölkə gənclərinin həmrəyliyi multikultural Azərbaycanın bütün dünyaya verdiyi sevgi, şəfqət və humanizm mesajı idi.

Nicdə xarici tələbələr üçün ən maraqlı məqamlardan biri də udi toy mərasimi oldu. Nikahlanan gənclər Cotari kilsəsinə gələrək burada qədim adətləri üzrə dualar oxuyublar, gələcək ailə səadəti üçün şam yandırıblar. Udi xalq rəqslərinin sədaları altında keçirilən toy-düyün, müsəlman ölkəsindəki bir xristian məbədində bağlanan mənəvi ittifaq bir ailənin qurulması və hansısa udi nəslinin davam etdirilməsi ilə yanaşı, həm də fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda multikulturalizminin gələcəkdə də davam edəcəyinin göstəricisi idi.

Zirvəyə qaldırılan dəyər: Tufandağda Azərbaycan multikulturalizmi

Azərbaycan multikulturalizmini öyrənən xarici tələbələr üçün tərtib olunan proqram korafəhm yazılan bir sənəd deyildi, buradakı hər punktun məntiqi izahı və mənası vardı. III Beynəlxalq multikulturalizm məktəbi iştirakçıları üçün Tufandağ yay-qış istirahət kompleksində kanatla gəzintinin təşkili onlara təkcə Azərbaycanın zəngin turizm potensialını sərgiləmək niyyəti daşımırdı. Bu, həm də tədrisdən yorulan tələbələrə ekstrim yaşatmaq, Azərbaycanın unikal təbiəti ilə baş-başa unudulmaz bir görüş bəxş etmək istəyi idi. Amma bütün bunların fövqündə isə daha bir ali məqsəd vardı: bu, Azərbaycan multikulturalizmini öyrənən, araşdıran və bu nəcib dəyəri dünyayla paylaşan 16 ölkədən gəlmiş, müxtəlif etnik kökənə mənsub və fərqli dinə etiqad edən onlarla dostumuzu hər mənada zirvələrə qaldırmaq idi. Bu, o demək idi ki, təməlində şəfqət, sevgi və qardaşlıq prinsiplərinin yer aldığı Azərbaycan multikulturalizminin mahiyyətində hansı dinə, hansı xalqa mənsub olmasından asılı olmayaraq başlıca məsələ-insana sayğıdır və Azərbaycan xalqı üçün humanizm prinsipi həmişə zirvədə yer alır. Məhz buna görə də hansı ölkənin təmsilçisi olduğuna baxmayaraq Azərbaycan multikulturalizmini araşdırıb öyrənənlər bu dəyəri digərləri ilə paylaşmağa həvəslidir...

İvanovkada multikultural Azərbaycanın qoruduğu rus ruhu ilə tanışlıq

Azərbaycan multikulturallığının özəlliklərindən biri də hansısa baxımdan “yeganə” təyini ilə başlayan anlayışları özündə qoruyub saxlamasıdır. İvanovka 1847–ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş rusların xələflərinin yaşadığı və Azərbaycanda yeganə kolxoz olan kənddir.

Kənddə gəzinti zamanı xarici tələbələr, xüsusilə də Rusiyadan olan iştirakçılar evlərin quruluşundan başlamış buradakı istirahət klubunun interyerinə qədər hər şeyin rus üslubunda inşa edilməsinə, İvanovkaya özünəməxsus rus mentallığının, rus ruhunun hakim olduğuna xoş heyrətlərini ifadə etdilər: “Bəlkə də eşitsək inanmazdıq, amma bura gəlib gözlərimizlə 150 ildən artıq bir zaman ərzində Azərbaycan ərazisində rusların öz milli adət-ənənələrinin, mahnılarını, həyat tərzinin, məişətini qoruyub-saxlamasına öz gözlərimizlə şahid olduq”.

İvanovka folklor qrupunda oxuyan ifaçıların xoru altında qol-qola girib ənənəvi rus rəqsini oynayan rus tələbələrin, eləcə də digər iştirakçıların gözlərindəki parıltı, şux əhval-ruhiyyələri, şaqraq gülüşləri sonradan qeyd elədikləri kimi, özlərini evlərindəymiş kimi hiss etmələrinin sübutu idi. Rus nənələr şövqlə oxuyurdu, azərbaycanlı, yunan, rus, çinli, litvalı, çexiyalı, polşalı, almaniyalı, ukraynalı, yəmənli gənclər bir-birinə qarışıb malakan mahnılarının sədası altında qol-qola rəqs edirdilər. Kənarda maraqlı bir canlı tablo yaşanırdı: əkizlər üçün nəzərdə tutulmuş uşaq arabasında iki körpə folklor qrupunda oxuyan nənələrini əl çalaraq alqışlayırdı. Bu, həm də ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasəti sayəsində Azərbaycan torpağında yaşanan, qorunub gələcəyə ötürülən rus mənəvi irsinə məhz gələcək nəslin alqışının simvolu təsiri bağışlayırdı...

Əcnəbi gənclər bənzərsiz təbiətlə multikultural dəyərlərin həmrəylik nöqtəsi Lahıcda

Proqram üzrə İsmayıllının daha bir bənzərsiz qəsəbəsi Lahıc III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarını yağışla, yerli əhali isə gülərüzlə qarşıladı. Qəsəbədə müxtəlif tarixi yerləri ziyarət edən xarici tələbələrin daha bir maraqlı görüşü isə “ASAN” Könüllüləri Təşkilatı tərəfindən Lahıcda təşkil olunan “Həmrəylik düşərgəsi” layihəsinin iştirakçıları ilə baş tutdu.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “ASAN xidmət” ilə əməkdaşlıq müqaviləsinə əsasən, hər iki layihənin iştirakçıları müxtəlif mövzularda səmimi söhbət aparıblar, birgə müxtəlif xalqların musiqilərini canlı ifa ediblər. Azərbaycan multikulturalizmi ilə bağlı xatirələr və bilgilər kitabına Lahıc səhifəsi də əlavə olunub...

III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarına Oğuzdan “Şalom”lar!

Oğuzdakı “Yəhudilər məhəlləsi”nə səfər zamanı, Yuxarı və Aşağı məhəllə sinaqoqlarını ziyarət edərkən yerli yəhudi gənclər III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarını səmimiyyətlə qarşıladılar. Böyük Britaniyanın yəhudi icmasının idarə heyətinin üzvü, Birləşmiş Krallığın Miqrasiya və Siyasi Sığınacaq məsələləri üzrə Yüksək Tribunalının hakimi Lorens Bras qatıldığı Oğuz səfərindən sonra məscid, kilsə və sinaqoqları ziyarət edən zaman buradakı etiqad azadlığından və bütün dinlərin nümayəndələrinə hökumət tərəfindən bərabər imkanlar yaradılmasından çox təsirləndiyini söyləyib: “Bu gün dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Azərbaycanda sinaqoqları gəzərkən müsəlmanların yəhudiləri “Şalom” deyə salamladıqlarını, Şabat münasibətilə təbrik etdiklərinin şahidi oldum. Multikulturallıq və tolerantlıq ənənələrinin bərqərar olduğu bu ölkədə olmağımdan çox şadam. Bu ölkə öz tolerantlığına görə fəxr etməlidir”.

Lorens Bras yay məktəbinin iştirakçılarına öz ölkələrinə dönərkən Azərbaycandakı tolerant mühit haqqında danışmağı tövsiyə edib.

Dostları doğru seçəndə...

Dövlət müşaviri Kamal Abdullayev III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları ilə görüşdə Azərbaycan xalqının və dövlətinin dostlarını hər zaman yüksək qiymətləndirdiyini çıxışında qeyd edib: “Yay və qış multikulturalizm məktəblərinin keçirilməsi Prezident İlham Əliyevin ideyasıdır və dövlət başçısının arzularından biri də budur ki, Azərbaycanın gənc vətəndaşlarının xaricdə intellektual dostları artsın.

Dünyanın bu ağır vaxtında, mürəkkəb bir dövrdə heç nəyə baxmadan böyük bir entuziazmla dünyanın o biri başından, uzaq ölkələrdən sizi Azərbaycana insanlığa, gəncliyə və multikulturalizmə olan sevgi gətirib. Biz də sizi burada görməkdən son dərəcə xoşbəxt olduq.

Çox şadam ki, Azərbaycana olan marağınız əyani tanışlıqdan sonra zamanla Azərbaycana sevgiyə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirlərsə, deməli, yanılmamışıq və biz dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir və öncəki yay məktəblərinin tələbələrinə olduğu kimi, sizə də ömrünüz boyu dost olmağı təklif edir. Burada hamı sizi çox sevib. Biz sizinlə bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi və biz ömrünüz boyu sizin dostunuz olmağa hazırıq. Burada əsası qoyulan münasibətlərin möhkəm dostluğa çevrilməsini arzulayıram. Ümid edirəm ki, bundan sonra da həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində sıx-sıx görüşəcəyik”.

Dövlət müşaviri III Beynəlxalq multikulturalizm məktəbi çərçivəsində Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulisin təşəbbüsü və digər yay məktəbi iştirakçılarının dəstəyi ilə “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun yaradılmasını ürəkdən alqışlayıb və bu klubun fəaliyyətinə son dərəcə böyük ümidlər bəslədiyini vurğulayıb.

“Azərbaycanın gənc dostları” Beynəlxalq Klubu üzvləri Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu öz gözləri ilə görmək imkanı yaratdığına görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər: “Səfər etdiyimiz hər bir şəhərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan mərkəzlərdə keçirdiyimiz görüşlərdə Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkənizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış ulu öndər Heydər Əliyevə xalqın dərin ehtiramının şahidi olduq. Cənab Prezident, biz bir daha əmin olduq ki, sizin ləyaqətlə davam etdirdiyiniz bu siyasət ölkənizdə yaşayan bütün xalqları dövlətə daha möhkəm tellərlə bağlayaraq sabitliyə, inkişafa əvəzsiz töhfəsini verir. 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməyiniz sülhə, şəfqətə və barışa dünya miqyasında bir çağırışdır. Biz bu çağırışı sevinc və məmnuniyyət hissi ilə dəstəkləməyə, onu öz ölkələrimizdəki dostlarımıza və həmvətənlərimizə çatdırmağa hazırıq. Yaratdığımız Beynəlxalq Klub bütün dünyada Azərbaycana rəğbət və maraq bəsləyən gəncləri öz ətrafında birləşdirəcək və onların birgə əlaqəli fəaliyyətini təşkil edəcəkdir”.

“Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu

Peter Teys (araşdırmaçı jurnalist, ABŞ): “Bu mənim Azərbaycana üçüncü səfərimdir. Müxtəlif vaxtlarda baş tutan bu səfərlər zamanı bu ölkənin tarixi, mədəniyyəti, daxili və xarici siyasəti, beynəlxalq arenada yeri ilə bağlı bilgilərimi dərinləşdirməklə yanaşı, həm də Azərbaycan multikulturalizminin mahiyyətini tamamilə anlamaq üçün kifayət qədər zəngin təəssüratlar əldə etmişəm. III Beynəlxalq multikulturalizm məktəbində iştirakımdan sonra indi tam əminliklə söyləyə bilərəm: “Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin paytaxtıdır”.

Nataliya Nikolayeva (Rusiya): “Bir neçə gün ərzində Azərbaycanın rayonlarına səfər edərək burada çox məlumat əldə etdim. Hər gün multikulturalizmlə bağlı tədbirlərdə iştirak edərək bu sahədə daha da maariflənməklə yanaşı, tarixi abidələrə səyahət etmək, turizm obyektlərində dincəlmək imkanımız oldu. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını çox sevindirici haldır. Sizin ölkədə müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayırlar. Yay məktəbinin iştirakçıları ilə birgə Nic qəsəbəsində müsəlmanlar və xristianların necə dostluq şəraitində yaşamasının şahidi oldum. Biz orada udilərin toy mərasimində iştirak etdik və maraqlı adətlərlə tanış olduq. Bu da mənim üçün çox xoş oldu. Nic tolerantlığın kiçik modeli kimi bütün dünyaya nümunədir. Burada müxtəlif ölkələrdən olan çoxlu dostlar qazandım. Rusiyaya qayıdanda tələbə yoldaşlarıma Qəbələdə gördüklərim barədə danışacağam, çəkdirdiyim xatirə şəkillərini göstərəcəyəm. Qəbələ həm qədim, həm də müasir şəhərdir. Ailə üzvlərimlə birgə yenə buraya gəlmək istərdim”.

Yu Vanq (Çin): “Mən hazırda Litvada ali məktəblərdən birində musiqi təhsili alıram. Azərbaycan multikulturalizmi barədə oxuduğum təhsil ocağında məlumat əldə etmişəm. Azərbaycanlı müəllim Əfsanə Məmmədova Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edərkən dərslərdə fəal iştirak etmişəm. Nic qəsəbəsindəki Alban-Udi xristian kilsəsini görəndə çox sevindim. Mən musiqiçi olduğum üçün kilsədə səslənən arqan musiqisi diqqətimi cəlb etdi. Ümumiyyətlə, Azərbaycan musiqisi mənim maraq dairəmdədir. Burada olduğum günlərdə Azərbaycan bəstəkarlarının musiqilərini dinlədim. Qəbələdə təşkil olunan konsertdə Azərbaycanın xalq mahnıları mənə xoş anlar yaşatdı. Çox şadam ki, Azərbaycandan xoş təəssüratlarla ayrılacağam. Mən Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və burada multikulturalizm, tarix, mədəniyyət və digər sahələrdə əldə etdiyim biliyə görə Azərbaycanı heç vaxt unutmayacağam. Azərbaycana gəlmək çoxdankı arzum idi və bu beynəlxalq yay məktəbində iştirak etməyimə görə özümü çox xoşbəxt hiss edirəm”.

Yevgeniya Şilyayeva (Rusiya): “İvanovkalılarla, onların həyat tərzi, iş-gücü ilə tanış olduq. Folklor qrupunun çıxışı məndə gözəl hisslər yaratdı. İvanovkalılara öz milli adət-ənənələrini yaşatmaq üçün hər cür şərait yaradılıb. Burda özümü tamamilə öz evimdəki kimi hiss etdim. Gördük ki, Azərbaycan onlar üçün doğma vətən, azərbaycanlılar isə sevimli vətəndaşlardır. Birgə oxuduq, rəqs etdik, gözəl mədəniyyət evləri ilə tanış olduq. İvanovkalılar rus adət-ənənələrini yaşatsalar da, burada Azərbaycanın adət-ənənələrinin sintezini də görürük. Bu, əlbəttə, ölkənizdəki multikultural dəyərlərdən irəli gəlir. Bu mənada ölkənizi heç vaxt unutmayacağam”.

Hafsa Hassan (Yəmən): “Mən yəmənliyəm və hazırda Misirin ali məktəblərindən birində təhsil alıram. Azərbaycana gəldiyimə görə və dünyanın 16 ölkəsindən olan gənclərlə birgə yay məktəbində iştirak etdiyim üçün çox şadam. Biz burada multikulturalizm mövzusunda təşkil olunan müxtəlif tədbirlərdə iştirak etdik. Qəbələ, İsmayıllı, Şəki və Oğuz rayonlarında yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşlər, həmin rayonların tarixi abidələri və turizm obyektləri məndə xoş təəssüratlar yaratdı. Yəməndə multikulturalizm mövzusunda yay məktəbləri təşkil edilmir. Ona görə də bizim sülh və tolerantlığı təbliğ etmək üçün imkanlarımız da yoxdur. Mən Azərbaycandan qayıdandan sonra burada gördüklərim və öyrəndiklərim barədə Yəməndə gənclərə geniş məlumatlar verəcəyəm, foto və video təqdimatlar edərək təəssüratlarımı bölüşəcəyəm. Yəməndə də bu cür yay məktəblərinin təşkilinə böyük ehtiyac var və bunun üçün maraqlı təkliflər verməyi düşünürəm. Qəbələ məni həqiqətən təəccübləndirdi. Çünki paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi çəkdi. Yeni sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman məkanları bu şəhərin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir”.

İmas Choirun Nisa Fujiati (İndoneziya): “Bu, mənim Azərbaycana ikinci səfərimdir. Azərbaycan barədə təəssüratlarım çox müsbətdir. Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti, müasir istirahət mərkəzləri məni heyran etdi. ay məktəbində iştirakıma görə özümü xoşbəxt sanıram, proqram çox maraqlı idi. Hər gün multikulturalizmlə bağlı tədbirlərdə bu sahədə daha da maarifləndim. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması çox sevindiricidir. İndoneziyada da multikultural dəyərlər mövcuddur. Hər iki ölkənin bu sahədə oxşar cəhətləri çoxdur. Qəbələnin Nic qəsəbəsində qədim xalqlardan olan udilərlə tanış olarkən orada müsəlmanlarla xristianların tolerantlıq şəraitində yaşadığını öyrəndik. Onların bir kənddə əsrlərdir ki, mehriban şəraitdə birgə yaşaması dünyaya nümunədir. Qəsəbədəki alban kilsəsinin dövlət tərəfindən təmiri və mühafizəsi təqdirəlayiqdir”.

Deyilənlərə, yazılanlara, görülənlərə sözardı: “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi hər anı ilə adını doğrultdu. Tam bir multikulturalizm qalereyasını xatırladan bu yay məktəbində bir-birindən maraqlı “tabloları izləmək mümkün idi: “...Dünyanın hər baxımdan qarmaqarışıq indiki vaxtında sadəcə müsəlman bir ölkənin xəritəsində mövcud olan udi xalqının kompakt yaşadığı bir qəsəbədə- xristianlığın ən qədim kilsələrinin birinin həyətində Azərbaycan “Yallı”sı 20-yə yaxın xalqın nümayəndəsinin əllərini və ürəklərini birləşdirmişdi...” Azərbaycan multikulturallığını bütün rəngarəngliyi ilə bundan daha dolğun ifadə edəcək belə bir mənzərəyə sözün hər iki mənasında tərif lazım deyil. Çünki bəzi mətləblər tərifə gəlmir, sadəcə yaşanır - Azərbaycan multikulturalizmi kimi....

Sevinc Mürvətqızı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq