DÜNYA


“Instagram” botların silinməsi üçün alət təqdim edib

Bakı, 6 fevral, AZƏRTAC

"Instagram" populyarlıq üçün kənar proqramlardan istifadə edən boş hesablardan saxta layk, şərh və abunəçilərin silinməsi üçün alət təqdim edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sözügedən sosial şəbəkə öz hesabına layk və abunəçilərin sayını süni şəkildə artıran proqramlar üçün giriş imkanı yaradan istifadəçilərə xəbərdarlıq göndərəcək. Belə istifadəçilərə göndəriləcək xəbərdarlığın mətni ondan ibarət olacaq ki, kənar proqramın girişi ləğv edilib və istifadəçi parolunu dəyişdirməlidir.

Həmçinin "Instagram" abunəçilərin sayını artırmağı təklif edən xidmətlərin reklamını qadağan edir. Sosial şəbəkənin nümayəndələri istifadəçilərdən "Instagram"da yerləşdirilmiş belə elanlar haqqında məlumat verməyi xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.