DÜNYA


“Instagram” və “Facebook”da yeni funksiya fəaliyyətə başlayacaq

Bakı, 2 avqust, AZƏRTAC

“Instagram” və “Facebook” sosial şəbəkələrində yeni funksiya fəaliyyətə başlayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bundan sonra istifadəçilər sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət edə biləcəklər. “Instagram” və “Facebook”un rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanatlarında qeyd ediblər ki, hər istifadəçi qabaqcadan sosial şəbəkədə keçirmək istədiyi vaxtı təyin edəcək. Limiti keçdikdə isə bildiriş gələcək.

Bunun üçün qabaqcadan “Tənzimləmələr” bölməsində “Instagram”da “Sizin fəaliyyət”, “Facebook”da isə “Sizin “Facebook”da vaxtınız” funksiyasını aktivləşdirmək lazım gələcək. Bundan sonra istifadəçilər gün ərzində sosial şəbəkədə nə qədər vaxt keçirdiyini öyrənə biləcəklər. Həmçinin istifadəçilər qabaqcadan qoyduqları limiti keçdikdə xəbərdarlıq alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.