DÜNYA


“Instagram”da silinmiş nəşrləri bərpa etmək mümkün olacaq

“Instagram”da silinmiş nəşrləri bərpa etmək mümkün olacaq

Bakı, 3 fevral, AZƏRTAC

"Instagram" sosial şəbəkəsində yaxın vaxtlarda silinmiş nəşrləri bərpa etmək funksiyası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu haqda xidmətin mətbuat xidməti öz bloqunda məlumat yayıb.

"Biz sizə öz kontentinizi idarə etməyə imkan verəcək "yaxın vaxtlarda silinmiş" funksiyasını təqdim edirik”, - deyə məlumatda bildirilir.

Məlumata görə, "stories"i gün ərzində bərpa etmək mümkün olacaq, bütün digər yazılar 30 günədək saxlanılacaq.

Sosial şəbəkə, həmçinin hakerləri hesablara müdaxilə və nəşrləri silmək imkanından məhrum etmək üçün əlavə işlər görüb. Xidmət bu və ya digər yazının tam silinməsi üçün əlavə yoxlama tələb edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.