“İnstyle” jurnalı Yeni il bayramını maraqlı keçirmək üçün Azərbaycana getməyi təklif edir
AzerTAg.az
Moskva, 10 dekabr, AZƏRTAC
Rusiyada çıxan “İnstyle” jurnalı Yeni il tətilini maraqlı keçirmək üçün Azərbaycana getməyi təklif edir.
AZƏRTAC xəbər verir ki, jurnal bu il qış tətili üçün yeni və maraqlı turizm istiqamətləri seçib. Onlardan biri də Azərbaycandır.
Məqalədə qeyd olunur ki, Azərbaycan paytaxtı Şərqlə Qərbin vəhdətini əks etdirir. Yeni il bayramlarında möhtəşəm memarlıq abidələri illüminasiyaya qərq olur.
Jurnal oxucularına İçərişəhərdə qədim tarixi abidələrə baxmağı, rəssamların emalatxanalarında olmağı, Fəvvarələr bağında açılan yarmarkaya, Bakının mədəni həyatı ilə tanış olmaq üçün Heydər Əliyev Mərkəzinə getməyi təklif edir.
Jurnal turistlərə ləziz Azərbaycan mətbəxindən dadmağı da tövsiyə edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin mətnində orfoqrafik səhv var